"Avropa İttifaqının təxribatları Azərbaycana təhlükə yaradır"- Tural İsmayılov

"Avropa İttifaqının təxribatları Azərbaycana  təhlükə yaradır"- Tural İsmayılov
14:25

"Bu gün Mülki Müşahidə Missiyası adı altında Avropa İttifaqının təxribat maşını Ermənistan ərazilərində növbəti provokasiyalarla məşğuldur."

Politoloq Tural İsmayılov bunu News365.az-a açıqlamasında deyib.

"Dünən Avropa İttifaqının Mülki Müşahidə Missiyası adı altındakı təxribatçılar Qazaq və eyni zamanda Qubatlı istiqamətində görünüblər. Əslində, biz bilirik ki, bu binokl tamaşasının heç bir real əsası yoxdur. Çünki Avropa İttifaqının Mülki Müşahidə Missiyası adı altındakı bu fəaliyyət bir tərəfdən qeyri-qanunidir və illegaldır. Faktiki olaraq, 30 il ərzində Azərbaycan torpaqlarını işğal edən Ermənistan olub.

Lakin işğalçı ilə işğala məruz qalan arasındakı sərhədləri müəyyənləşdirə bilməyən Avropa İttifaqının Missiyası adı altındakı təxribat maşını təsirlər olsun ki, bu gün elə davranır ki, sanki Ermənistan Azərbaycan torpaqlarını 30 il ərzində işğalda saxlamayıb. Tez-tez müxtəlif bölgələrdə gəlib Azərbaycan tərəfini binokluna güdmək və dırnaq arası müşahidələr aparmaq, bütövlükdə artıq Ermənistan vasitəsilə Qərbin siyasi institutlarının bölgədə oynamaq istədiyi təhlükəli oyunları növbəti dəfə nümayiş etdirir.

Mən hesab edirəm ki, bu tip təhlükəli gedişlər, Azərbaycana qarşı atılan bu təxribatçı addımlar, həmçinin Ermənistan ərazilərində Avropa İttifaqı Missiyası adı altındakı belə bir qondarma qurumun mövcud olması və müxtəlif tırnaq arası fəaliyyətləri bütövlükdə Avropa İttifaqı ilə Azərbaycan arasında, xüsusilə təhlükəsizlik sahəsində və bir sıra sahələrdəki yaxşı əlaqələrə də kölgə salır.


Sizin reklam burada
Sizin reklam burada