Yardımlı rayonunun Şiləvəngə kəndində ümumi sahəsi 300 m² olan birmərtəbəli məktəb binasının dam örtüyünün taxta atmaları 20 m² sahədə yanıb.
Bu barədə News365.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.