"Ermənistanın bu qanunu qəbul ediləcək"- AÇIQLAMA

"Ermənistanın bu qanunu qəbul ediləcək"- AÇIQLAMA
13:48

Ermənistan parlamenti ölkənin Avropa İttifaqına üzvlük məsələsini müakirəyə çıxarıb. 

Politoloq Şakir Ağayev mövzu ilə bağı fikirlərini News365.az-a şərh edib. 

Onun sözlərinə görə, Ermənistanın bu qanunu qəbul ediləcək:

"Ermənistan parlamentində bu qanunun qəbul olunması şübhəsizdir, əminəm ki, qəbul ediləcək. Çünki qanun, Ermənistanın hakim partiyası, yəni Paşinyan partiyası tərəfindən təklif edilib və parlamentə təqdim edilib.

2018-ci ildə Paşinyan hakimiyyətə gəldikdən sonra, o, seçimini edərək bu günə qədər Ermənistanın Avropa İnteqrasiyasını və Avropa yolunu seçdiyini bəyan edir. Həmçinin, Avropa Gürcüstana təsir gücünü saxladığı üçün Ermənistanla maraqlanır və beləliklə, hər iki tərəf qarşılıqlı olaraq maraqlarını təmin etməyə çalışır."


Sizin reklam burada
Sizin reklam burada