Bir neçə gün əvvəl içərisindən siqaret kötüyü çıxan çörəyin istehsal edildiyi zavodda yoxlamalar aparılıb. Bu barədə Ölkə.Az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Bildirilib ki, mediada yayımlanan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən “Qarabağ” ASC-yə məxsus çörək emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.
Belə ki, emal prosesinin normativ tələblərə uyğun həyata keçirilmədiyi, sanitar-gigiyenik qaydaların pozulduğu müəyyən olunub. Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.