"Britaniya, Zalujninin Ukraynanın liderliyinə gəlməsinə müsbət yanaşır. Çünki zamanında Ukrayna və xarici ölkələr arasında danışıqların pozulması təşəbbüsü əsasən Britaniyanın təşəbbüsü ilə olmuşdur."
Politoloq Elşən Manafov bunu News365.az-a şərh edib.
"Bu kontekstdə, Zalujni əgər seçkilərə qatılarsa, qərbin dəstəyini qazanaraq seçkilərdə qalib gəlmə şansları yüksəkdir. Ukraynada seçkilərin keçirilməsi təqdirdə, artıq Rusiya ilə danışıqların baş tutması ehtimalı yaranır. Rusiya yalnız Ukrayna tərəfindən, beynəlxalq normalara uyğun hərəkət edən və Ukrayna qanunvericiliyinə uyğun icazə verilmiş bir şəxslə razılaşmaya gedə bilər. Avrasiya Araşdırmalar Mərkəzinin açıqlamasına görə, Qərb hazırda Ukrayna Prezidentinin yenidən seçilməsinə çalışır. Lakin problem müharibə zonasında səsvermənin necə təşkil ediləcəyidir."