Yusif Eyvazov və Anna Netrebko boşandı

Yusif Eyvazov və Anna Netrebko boşandı
26 İyn 2024 23:52

Xalq artisti Yusif Eyvazov və həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko boşanıb.

Bu barədə cütlük Avstriya mətbuatına açıqlamasında bildirib. 

Onlar 10 il davam edən birgə həyatdan sonra dost kimi yollarını ayırdıqlarını və səhnədə birgə çıxışlarına davam edəcəklərini qeyd ediblər.

Xatırladaq ki, Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktorudur. Annanın ilk evliliyindən Tiyaqo adlı bir oğlu var.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər