Ayı ilə mübarizə aparıb möcüzəvi şəkildə sağ qaldı

Ayı ilə mübarizə aparıb möcüzəvi şəkildə sağ qaldı
29 İyn 2024 10:43

Rusiyada maraqlı hadisə yaşanıb. Yəhudi Muxtar Vilayətinin Birobidjan rayonunda bir kişi meşəyə göbələk yığmaq üçün gedib və nəhəng ayı ilə rastlaşıb. Birobidjan bələdiyyəsinin Telegram-da yaydığı məlumata görə, vəhşi heyvanın hücumuna məruz qalan kişi yaralansa da, möcüzəvi şəkildə ayının pəncəsindən qurtularaq qaça bilib.

"Hadisə Krasivoye kəndi yaxınlığındakı meşəlik ərazidə baş verib. Ayının hücumuna məruz qalan kənd sakini yırtıcı ilə təkbaşına mübarizə apara bilib və o kəndə gələrək təcili yardım çağırıb. Zərərçəkmiş tibb müəssisəsinə aparılıb", - paylaşımda yazılıb.

Tural

News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər