Cəlilabadda qəza - qadın sürücü ağır xəsarət aldı

Cəlilabadda qəza -  qadın sürücü ağır xəsarət aldı
29 İyn 2024 15:58

Cəlilabadda yol - nəqliyyat hadisəsi baş verib.

News365.az APA-ya istinadən bildirir ki, qəza köhnə Ələt-Astara yolunun 95-ci kilometrliyində, Cəlilabad rayonunun ərazisində qeydə alınıb.

1990-cı il təvəllüdlü Aygün Yüsibova idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yol kənarına çıxaraq aşıb. Sürücü bel nahiyəsindən ağır zədə alıb. Yaralı hadisə yerinə gələn təcili yardım vasitəsi ilə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər