Azərbaycanda dəhşətli hadisə: Mübahisə etdiyi şəxsləri benzinlə yandırdı

Azərbaycanda dəhşətli hadisə:  Mübahisə etdiyi şəxsləri benzinlə yandırdı
29 İyn 2024 20:33

Gəncə şəhər sakinləri M.Namazov, E.Zeynalov və N.Kazımov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Onların mübahisə nəticəsində başqa bir şəxsin içərisində benzin olan plastik qabı yandıraraq üzərlərinə atılması nəticəsində xəsarət alıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, araşdırmalar zamanı məlum olub ki, iyunun 29-da gecə saat bir radələrində Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Pərviz Kazımov münaqişə zəminində içərisində benzin olan plastik qabı yandıraraq həmyerlisi, 1997-ci il təvəllüdü Muraz Namazovun üzərinə atıb.

Hadisə nəticəsində M.Namazov, tanışları, 1993-cü il təvəllüdü Eltəkin Zeynalov və 2004-cü il təvəllüdlü Niyaməddin Kazımov müxtəlif yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər