Daşkəsəndə dağ uçqunu oldu

Daşkəsəndə dağ uçqunu oldu
29 İyn 2024 19:06

Daşkəsəndə dağ uçqunu baş verib.

Hadisə Gəncə-Daşkəsən yolunun 17-ci km-də, rayonun Bayan kəndi yaxınlığında qeydə alınıb.

Güclü yağışdan sonra dağ uçqunu zamanı yolun hərəkət hissəsinə qayalar və torpaq axıb. Nəticədə, magistral yol qismən bağlanıb.

Dərhal əraziyə Yol İstismar İdarəsinin əməkdaşları cəlb olunub. Qısa zamanda yol açılıb.

Qeyd edək ki, dağ uçqunu iki dəfə baş verib.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər