El Nino bitir, amma iyul tarixin aylardan biri ola bilər

El Nino bitir, amma iyul tarixin aylardan  biri ola bilər
29 İyn 2024 17:38

El Nino fenomeni sona çatır, lakin onun təsirləri Yer kürəsini isitməkdə davam edir və iyul ayı tarixdə ən isti aylardan biri ola bilər. 

News365.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib.

"Fakt budur ki, 2023-cü ilin may ayında başlayan və 2024-cü ilin aprelinə qədər davam edən El Nino-nun nəticələri çox əhəmiyyətlidir, heyrətamiz effekt yaratdı. Ekstratropik zonalarda həm Sakit okeanın, həm də Atlantik okeanının temperaturu bütün müşahidə dövrü üçün maksimum olub", deyə Vilfand bildirib.

Vilfand hesab edir ki, qarşıdan gələn iyul tarixin ən isti üç ayından biri ola bilər.

Bundan əvvəl Lids Universitetinin (UL) britaniyalı alimləri 2023-cü ildə antropogen (bəşəriyyət tərəfindən törədilən) qlobal istiləşmənin rekord sürətə çatdığını aşkar etmişdi. Hesabata görə, qalan karbon həcmi cəmi 200 milyard ton təşkil edir ki, bu da cari emissiyaların təxminən beş ilinə bərabərdir.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər