Viral olan serialı azərbaycanlı iş adamı çəkib

Viral olan serialı azərbaycanlı iş adamı çəkib
28 İyn 2024 18:43

Son aylar sosial şəbəkələrdə "Prens" serialı müzakirə olunur.

Blu TV-də yayımlanan ekran işindən görüntülər sosial şəbəkələrdə paylaşılır, videolar ayrı-ayrı vaxtlarda gündəm olur.

Serialla bağlı diqqət çəkən məqamlardan biri də prodüserinin azərbaycanlı olmasıdır. Belə ki, "Prens" Türkiyədə fəaliyyət göstərən iş adamı Müşviq Quluzadənin dəstəyi ilə lentə alınıb.

Viral olan serialı azərbaycanlı iş adamı çəkibBununla bağlı ekran işinin ssenari müəllifi və baş rolu Giray Altınok "Bambaşka sohbetler" verilişində danışıb. O, Quluzadə ilə sözügedən layihəni ərsəyə gətirməklərindən söz açıb:

"Müşviq bəy bu sistemi Türkiyəyə bizdən öncə gətirmişdi. Ağlımızda var idi ki, tarixi serial çəkib, əlimizdə qılıncla oynamaq var idi. Amma ağlımıza gəlməzdi ki, bizə böyük dekorlar quracağıq deyən kimsə olar. Biz onunla başqa bir iş üçün danışmağa getdik. O studiyada reklam üçün qurulmuşdu. Bizə bundan danışanda ideyamızdan bəhs etdik. O, da əlbəttə dedi. Dost olduğum üçün çox məmnun olduğum biridir".


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər