Ermənilərin lağa qoyduğu “baş taktik“ yenidən orduya qayıdıb -FOTO

Ermənilərin lağa qoyduğu “baş taktik“ yenidən orduya qayıdıb  -FOTO
29 İyn 2024 10:13

İkinci Qarabağ müharibəsi zamanı döyüş məğlubiyyətlərini "taktiki gediş" açıqlamaları adı altında gizlətməklə məşhurlaşmış Artsrun Ovanisyan yenidən yerli medianın gündəminə gəlib. 2020 -ci ildə Müdafiə Nazirliyinin rəsmisi işləmiş Artsrun məğlubiyyətdən sonra ordudan qovulmuşdu.  

"Mamul" nəşri "baş taktik"in yenidən orduya qaytarılması barədə məlumat yayıb. Qeyd edilir ki, “Geopolitika” Telegram kanalı onunla bağlı yeni foto yayıb. “Artsrun Ovanisyanın fotosunda onun Baş Qərargahda işləməyə başladığı görünür. Maraqlıdır, cənab Ohanesyan Baş Qərargahda nə işlə məşğuldur? Hansı sahədə işləyir və ya hansı vəzifədədir?”, - nəşr yazıb.

Tural

News365.az


Youtube kanalımız
Ermənilərin lağa qoyduğu “baş taktik“ yenidən orduya qayıdıb  -FOTO
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər