Kanada səfiri: Azərbaycanın COP29-la bağlı hazırlıqları təqdirəlayiqdir

Kanada səfiri:  Azərbaycanın COP29-la bağlı hazırlıqları təqdirəlayiqdir
29 İyn 2024 18:01

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edən Azərbaycan bu tədbirin bütün dünya üçün çox əhəmiyyətli fəaliyyət olduğunu bilir və hazırda bu istiqamətdə atdığı addımlar çox təqdirəlayiqdir.

Bunu  Ankara bürosuna Kanadanın Türkiyə, Gürcüstan və Azərbaycan üzrə səfiri olan (iqamətgahı Ankarada yerləşir) Kevin Hamilton bildirib.

"Bu baxımdan, əminəm ki, Bakı dünyanın böyük dövlətlərinin də iştirak etdiyi bu möhtəşəm tədbirin öhdəsindən uğurla gələcək. Kanadanın nümayəndə heyəti də COP29-da təmsil olunacaq", - səfir vurğulayıb.

K.Hamilton əlavə edib ki, etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etmək üçün gələn həftə Bakıya səfər edəcək.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər