“Dünyasını dəyişməmişdən öncə mahnını mənə verdi” - Samirə Əfəndi

“Dünyasını dəyişməmişdən öncə mahnını mənə verdi” -  Samirə Əfəndi
29 İyn 2024 15:25

Ötən gün Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.

News365.az bildirir ki, tədbirdə müğənni Samirə Əfəndi sözləri Vaqif Səmədoğlu, musiqisi Mobil Babayevə məxsus "Sən gələndə" mahnısını ifa edib.

"Səs Azərbaycan" layihəsindəki təsirli ifasından sonra müğənni bu əsərə klip də çəkdirib, yeni aranjimanda təqdim etmişdi.

"Mobil Babayev dünyasını dəyişəndən 2-3 ay öncə biz görüşmüşdük. Vaqif Səmədoğlunun həyat yoldaşı bu mahnını bütün haqları ilə mənə hədiyyə ediblər", - deyə, Samirə Əfəndi bildirib.

Əfəndinin  ifası Səmədoğlunun həyat yoldaşı, şərqşünas Nüşabə Babayevanı təsirləndirib. O, gecədə göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, V. Səmədoğlu 5 iyun 1939-cu ildə dünyaya gəlib. Ona 1999-cu ildə Azərbaycanın Xalq şairi fəxri adı verilib.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər