İranla ABŞ-İsrail arasında başlayan qarşıdurmaya getdikcə daha çox ölkə qoşulur.
News365.az xəbər verir ki, İrana endirilən hava zərbələrinin ardınca İraqdakı şiə qruplaşmaları və Yəməndəki husilər rəsmi Theranın tərəfindən qarşıdurmaya qoşulub. Husilər Qırmızı dənizdən keçən ticarət yolunu bağladıqlarını elan edib, İraqdan isə İsrail ərazisinə raketlər atılıb.
Cavab olaraq İsrail İranla yanaşı, İraqı da hədəfə alıb. Bundan başqa, İsrail aviasiyası Livanda "Hizbullah" qruplaşmasının mövqelərinə məhdud zərbələr endirib.
Digər yandan İran İsraillə yanaşı, ABŞ hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt, İordaniya və Birləşmiş Ərəb Əmirliklərini raket hədəfinə alıb.
Regionda hələ ki yalnız 2 ölkəyə raketlər düşməyib. Hənmin ölkələr hava məkanını 12 saatlıq bağlayan Suriya və son hadisələrə qədər ABŞ-İran danışıqlarına ev sahibliyi etmiş Omandır.