"Yaralıların hamısını Uqledardan çıxara bilmədik" -Briqada komandiri

"Yaralıların hamısını Uqledardan çıxara bilmədik" -Briqada komandiri
08 Okt 2024 15:06

Uqledar uğrunda gedən şiddətli döyüşlərdə yaralı ukraynalı əsgərlər rusların atəşi altında təxliyə edilib. Lakin təəssüf ki, hamını təxliyə etmək mümkün olmadı.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin polkovniki, Qara zaporojyelilər adına 72-ci əlahiddə mexanikləşdirilmiş briqadanın yeni komandiri Aleksandr Oxrimenko məlumat yayıb. Onun sözlərinə görə, əgər obyektiv olsaq belə şiddətli döyüşlər zamanı yaralıların 100% hamısını çıxarmağın mümkün olmadığını deyərik.

Bununla belə ukraynalılar düşmənin şiddətli atəşi altında və olduqca fəal döyüş əməliyyatları zamanı təxliyə prosesini dayandırmayıblar. Onların yaralılarının bir hissəsi tibb bölmələri tərəfindən çıxarılıb. Bundan əlavə, bu işdə kömək üçün bölmələrin piyada döyüş maşınları gətirilib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladı. Amma bu da uğurlu olmadı. Bu il Ukrayna ordusu gözlənilmədən Rusiya ərazisinə daxil olub. Kurskun bir hissəsi zəbt edilib. Lakin son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız