Xırdalandakı yanğın məhdudlaşdırıldı - FOTO/VİDEO

Xırdalandakı yanğın məhdudlaşdırıldı - FOTO/VİDEO
09:09

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən  bildirilib ki, daxil olan məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələrinin operativ müdaxiləsi sayəsində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 


Sizin reklam burada
Sizin reklam burada