Yaponiyada qatara kimyəvi maddə püskürdülüb, 10-dan çox şəxs xəsarət alıb

Yaponiyada qatara kimyəvi maddə püskürdülüb, 10-dan çox şəxs xəsarət alıb
17:39

Tokionun ətrafındakı Kavasaki stansiyası yaxınlığında qatarda naməlum kimyəvi maddənin püskürdülməsi nəticəsində 13-dən çox insan xəsarət alıb.

Bu barədə "SHOT" "Telegram" kanalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, vaqondakı sərnişinlərin halı qəfildən pisləşib, onlar şiddətli şəkildə öskürməyə və boğulmağa başlayıblar, güclü göz yaşarması yaranıb. Hadisə yerinə 20-dən çox təcili tibbi yardım maşını yollanıb. Üç nəfər xəstəxanaya yerləşdirilib.

Stansiyada müvafiq xidmətin əməkdaşları çalışır. Metro xəttlərinin birində hərəkət dayandırılıb. Kimyəvi maddəni püskürdən şəxs axtarılır.


Sizin reklam burada
Sizin reklam burada