Yaponiya baş naziri: “Çin ölkəmizin təhlükəsizliyini təhdid edir”

Yaponiya baş naziri: “Çin ölkəmizin təhlükəsizliyini təhdid edir”
12:49

Yaponiya baş naziri Sanae Takaiçi Çinin onlar üçün təhdid olduğunu və bu səbəbdən müdafiə xərclərini artırmaq məcburiyətində qaldıqlarını bildirib.

Ne
ws365.az xəbər verir ki, Baş Nazir bu sözləri parlamentdə çıxışı zamanı deyib.

Sanae Takaiçinin vəzifəyə gəldiyi 4 ay müddətində Yaponiya Çin münasibətləri xeyli gərginləşib. Buna səbəb Baş Nazirin “Əgər Çin Tayvana hücüm etsə, Yaponiya da Çinə qarşı hərbi gücdən istifadə edəcək” açıqlaması olmuşdu.

Sanae Takaiçi Çinin artan hərbi xərclərinin, Rusiya və Şimali Koreya kimi ölkələrlə mütəfiqlik münasibətlərinin Yapinoya üçün böyük təhdid olduğunu hər imkanda dilə gətirir. O qeyd edir ki, Yaponiya ən dəhşətli ssenarilərə hazır olmalıdır.


Sizin reklam burada
Sizin reklam burada