Suriyanın Həsəkə şəhərində yanacaq tankeri benzin doldurma məntəqəsində alovlanıb.
News365.az xarici mediaya istinadla xəbər verir ki, sürücü alovlanan nəqliyyat vasitəsini yanğınsöndürmə məntəqəsinə aparmağa cəhd edib.
Hadisə nəticəsində 7 nəfər xəsarət alıb, 11 avtomobil və 1 avtobus zərər görüb.