Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanının üç vətəndaşı - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.
News365.az xəbər verir ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin hökmü ilə onlar 2 il müddətə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, hadisə ötən ilin avqust ayında baş verib.
İttihama görə, sözügedən şəxslər Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər və orada çəkdikləri videonu sosial şəbəkədə yayıblar.
Alzaman Mahdi Ali, Alqhabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə ittiham olunurlar.