Xırdalanda 13-cü mərtəbədən yıxılan oğlan sağ qaldı

Xırdalanda 13-cü mərtəbədən yıxılan oğlan sağ qaldı
26 Fev 2026 11:05

Gecə saatlarında Xırdalanda 22 yaşlı oğlan binadan yıxılıb.

News365.az xəbər verir ki, hadisə Xırdalandakı “Kristal Abşeron” kompleksində baş verib. Saat 02 radələrində 2004-cü il təvəllüdlü Nihad Yunus oğlu Vəliyev yaşadığı 16 mərtəbəli binanın 13-cü mərtəbəsinin eyvanından yıxılıb.

O, ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada