Tehran Cənubi Qafqazda istənilən bir geosiyasi dəyişiklik və xarici oyunçuların müdaxiləsinə qarşı çıxır.
News365.az xəbər verir ki, bunu İranın müdafiə naziri Əziz Nəsirzadə Tehranda erməni həmkarı Suren Papikyanla görüşündə deyib.
“Regional təhlükəsizlik regional ölkələr arasında əməkdaşlıq yolu ilə təmin edilməlidir və Tehran kənar müdaxilələrə qarşı həssasdır. Bəzi müdaxilələr zərərli fəaliyyətdən qaynaqlanır və regionun sabitliyini təhdid edə bilər”, - o bildirib.
Nəsirzadə qeyd edib ki, İran müharibə axtarmır, amma müharibə olarsa, ölkə özünü bütün gücü ilə müdafiə edəcək və düşmənlərinə unutmayacağı bir dərs verəcək.