SOMDA-nın əməkdaşları Xocalı soyqırımı abidəsini ziyarət ediblər

SOMDA-nın əməkdaşları Xocalı soyqırımı abidəsini ziyarət ediblər
19:40

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar fevralın 26-da Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) rəhbərliyi və şəxsi heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Bu barədə News365.az-a qurumdan məlumat verilib.

Bildirilib ki, anım tədbiri Agentlikdə davam etdirilib. Tədbirdə faciə zamanı doğmalarını itirən şəhər sakini İman Allahverdiyev çıxış edib.

Sonra Xocalı faciəsindən bəhs edən "Edam kötüyü" adlı sənədli film nümayiş olunub.


Sizin reklam burada
Sizin reklam burada