Amerikanın məşhur “AP-NORC” şirkəti
əhalinin İrana qarşı münasibətini öyrənmək üçün sorğu keçirib. Sorğuda iştirak
edən ABŞ vətəndaşlarının 60%-dən çoxu İranı düşmən hesab edir. Sorğuda iştirak
edən amerikalıların təxminən yarısı İranın nüvə proqramından narahatdır.
AP-NORC sorğusuna görə, ABŞ
vətəndaşlarının 60%-dən çoxu İranı ABŞ-ın düşməni adlandırıb. Amerikalıların
əhəmiyyətli bir hissəsi də İranın nüvə proqramından narahatdır.
Yetkinlərin səksən faizi İranın nüvə
proqramının ABŞ üçün birbaşa təhlükə yaratdığından ən azı orta dərəcədə
narahatlıq ifadə edir, o cümlədən 48%-i çox və ya son dərəcə narahatdır.
İctimaiyyətin 61%-i İranı ABŞ-ın düşməni hesab edir.
Sorğu fevral ayında onlayn olaraq
aparılıb. 1133 respondent iştirak edib.
Medianın məlumatına görə, ABŞ
hökuməti İrana qarşı hərbi əməliyyatlara meyllidir və Vaşinqton İsrailin
zərbəsini gözləyir.
News365.az