Ramiz Əzizbəylinin xanımı vəfat etdi

Ramiz Əzizbəylinin xanımı vəfat etdi
15:59

Mərhum Xalq artisti Ramiz Əzizbəylinin həyat yoldaşı Zümrüd Əzizbəyli vəfat edib.

News365.az Baku.ws-ə istinadən xəbər verir ki, Zümrüd Əzizbəyli bir ay komada qaldıqdan sonra dünyasını dəyişib.

Bu barədə sayta R.Əzizbəylinin qardaşı gəlini Nərmin Əzizbəyli bildirib. O qeyd edib ki, Z.Əzizbəyli uzunsürən xəstəlikdən sonra ötən gün həyatını itirib.

Xatırladaq ki, Ramiz Əzizbəyli 2021-ci ildə uzunsürən xəstəlikdən sonra vəfat edib.


Sizin reklam burada
Sizin reklam burada