Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza olub

Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza olub
15:35

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

News365.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Beş avtomobilin iştirakı ilə baş verən zəncirvari qəza nəticəsində nəqliyyat vasitələrinə müxtəlif dərəcəli maddi ziyan dəyib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada