Ukraynada 90 mindən çox insan itkin düşmüş kimi siyahıya alınıb. Bunlara həm hərbi qulluqçular, həm də mülki şəxslər daxildir.
News365.az xəbər verir ki, bunu itkin düşmüş şəxslərlə iş üzrə səlahiyyətli Artur Dobroserdov deyib.
“İtkin düşmüş şəxslərin rəsmi reyestrində hazırda 90 000-dən çox qeyd var. Onların əksəriyyəti Ukrayna Müdafiə Qüvvələrinin hərbi qulluqçusudur. Məlumatlar dəqiqləşdirildikcə və identifikasiya prosedurları həyata keçirildikcə, say dəyişə bilər”, - Dobroserdov bildirib.