Hakan Çalhanoğlunun "İnter"dəki gələcəyi bəlli oldu

Hakan Çalhanoğlunun "İnter"dəki gələcəyi bəlli oldu
19:20

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Norveç təmsilçisi "Budyo Qlimt"ə məğlub olaraq mübarizəni dayandıran "İnter" artıq növbəti mövsümün hazırlıqlarına başlayıb.

Oxu.Az "La Gazzetta Dello Sport" nəşrinə istinadla bildirir ki, komandasını gəncləşdirmək və daha iddialı bir kollektiv formalaşdırmaq niyyətində olan Milan təmsilçisi mövsüm yekunlaşdıqdan sonra bir sıra futbolçularla vidalaşmağı hədəfləyir.

Adı son zamanlar "Qalatasaray"la yanaşı hallanan Türkiyə milli komandasının ulduzu Hakan Çalhanoğlu barədə "İnter" rəhbərliyinin mühüm bir qərar qəbul etdiyi irəli sürülüb.

Yayılan məlumatlara əsasən, "İnter" Hakan Çalhanoğlunun 2027-ci ildə başa çatacaq mövcud anlaşmasını uzatmaq fikrində deyil və müqavilə müddəti bitdikdən sonra futbolçunun klubdan gedişinə mane olmayacaq.

Qeyd olunub ki, əgər 2026-cı ilin yay transfer pəncərəsində təcrübəli yarımmüdafiəçi üçün sərfəli bir təklif daxil olarsa, klub rəhbərliyi bunu dəyərləndirə bilər. Xəbərdə o da vurğulanır ki, İtaliya klubu mövsümün sonunda Yann Sommer, Françesko Açerbi, Stefan De Vrey, Matteo Darmian və Henrix Mxitaryanla əməkdaşlığa son qoyacaq.

Zədə səbəbindən xeyli vaxtdır yaşıl meydanlardan uzaq qalan Hakan Çalhanoğlu, cari mövsümdə iştirak etdiyi 23 qarşılaşmada rəqib qapılarına 8 qol vurub və 4 qolun ötürməsini verib.


Sizin reklam burada
Sizin reklam burada