AFFA İntizam Komitəsi iki klubu cəzalandırıb

AFFA İntizam Komitəsi  iki klubu cəzalandırıb
15:39

AFFA İntizam Komitəsi oyuna çıxmayan iki Region Liqası klubunu cəzalandırıb.

News365.az xəbər verir ki, "Qobu" - "Crystal" oyunu qonaq komandanın təyin edilən vaxtda meydanda olmadığına görə ikincilərə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Eyni aqibəti "Dirçəliş" klubu da yaşayıb. Onlar "Universal Football Academy" kollektivi ilə görüşdə adı protokolda olmayan Ələkbər Əliyevi meydana buraxdıqları üçün 0:3 hesablı texniki məğlubiyyətlə üzləşiblər.


Sizin reklam burada
Sizin reklam burada