Bu gün TV-lərdə Xocalıda çəkilmiş film göstərilməli idi, “Pianoçu” yox!

Bu gün TV-lərdə Xocalıda çəkilmiş film göstərilməli idi, “Pianoçu” yox!
16:21

Hər dəfə belə günlərdə televiziyalar "Pianoçu" filmini nümayiş etdirir. Niyə? Yüzlərlə pianoçudan da təsirli, real hekayəmiz var. Öz həqiqətimizi ekranlaşdıraq ki, başqasınınkını təbliğ etməli olmayaq də... Çəkilənləri də şəxsi ədavət zəminində ortaya çıxmağa qoymuruq.

Nə vaxt "mən"i kənara qoyub "biz"-Azərbaycan olacağıq..? Bu günlər artıq ağlamağa yox, vətənpərvərlik ruhunun gücləndirilməsinə xidmət etməlidir. Bu gün Xocalı haqqında Xocalıda çəkilmiş film göstərilməli idi... Kino çəkmək lazımdır, kino güclü silahdır. Mövzular, senarilər, hekayələr, canlı qəhrəmanlar gözləyir-kino çəkin! Onlarla filmlik hekayə elə məndə var.

Ramilə Qurbanlı


Sizin reklam burada
Sizin reklam burada