İranla bağlı narahatlıq doğuran məsələlər AÇIQLANDI

İranla bağlı narahatlıq doğuran məsələlər AÇIQLANDI
15:15

İranın problemi nüvə proqramından kənara çıxır, bununla yanaşı, rəsmi Tehranın ballistik raketləri müzakirədən imtina etməsi ciddi narahatlıq doğurur.

News365.az xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio deyib.

Dövlət katibi qeyd edib ki, İran BƏƏ, Qətər və Bəhreyndəki ABŞ bazalarını, eləcə də ABŞ-ın regiondakı tərəfdaşlarını təhdid edə biləcək böyük həcmdə qısa mənzilli raket arsenalına malikdir.

Marko Rubio, həmçinin İranın dəniz qüvvələrinin beynəlxalq gəmiçilik və ABŞ Hərbi Dəniz Qüvvələri üçün təhlükə yaratdığını vurğulayıb.

Xatırlatmaq lazımdır ki, bundan əvvəl "Politico" nəşri ABŞ prezidenti Donald Trampın yaxın çevrəsindəkilərinin İrana ilk hücumu İsrailin etməli olduğunu düşündüyünü yazmışdı. Qeyd edilmişdi ki, Ağ Ev hesab edir ki, bu, ABŞ-ın mümkün sonrakı hərəkətlərinə dəstəyi artıra bilər.

Qeyd edək ki, nüvə danışıqlarının davam etməsinə baxmayaraq, diplomatik həll yoluna ümidlər azalır. Vaşinqton həmçinin itkilər və sursat çatışmazlığı da daxil olmaqla potensial riskləri qiymətləndirir.


Sizin reklam burada
Sizin reklam burada