Xırdalanda yaşayış binasında yanğın olub

Xırdalanda yaşayış binasında yanğın olub
19:20

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yanğın baş verməsi barədə məlumat daxil olub.

News365.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb edilib.

Yanğın yaşayış binasının fasadında quraşdırılmış tüstü bazasında baş verib. Yanğın genişlənmədən qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində tüstü bazasında yığılmış yağ qalığı yanıb, lakin yaşayış binası yanğından mühafizə olunub.


Sizin reklam burada
Sizin reklam burada