Gəncədə dörd avtomobil toqquşdu: Yaralananlar var

Gəncədə dörd avtomobil toqquşdu: Yaralananlar var
30 Mar 2026 23:20

Gəncə şəhərində dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, hərəkətdə olan "Chevrolet", "Mercedes", "Toyota" və BMW markalı minik avtomobilləri toqquşaraq zəncirvari qəzaya səbəb olublar.

Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal təcili tibbi yardım briqadası tərəfindən şəhər xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada