Unutmuruq, unutmuruq- Cəlal Qurbanov yazır

Unutmuruq, unutmuruq- Cəlal Qurbanov yazır
15 İyl 2026 23:20

14 iyul tarixində General Polad Həşimovun şəhadətindən altı il ötür.

Altı il keçsə də, Polad Həşimov xalqımızın qəlbində əbədi yaşayan Qəhrəmandır. Səmayə ana təkcə General Polad Həşimovun anası deyil. O, Vətənə Polad kimi bir qəhrəman bəxş edən, öz yüksək tərbiyəsi, möhkəm əqidəsi, saf vicdanı və sonsuz Vətən sevgisi ilə bir millətə örnək olan, Azərbaycanın baş tacı olan Qəhrəman Anasıdır!

Səmayə ananın baxışlarında nə məğlubiyyət var, nə ümidsizlik… O baxışlarda Polad kimi bir qəhrəman yetişdirmiş Azərbaycan Anasının məğrurluğu, ləyaqəti və əyilməz ruhu yaşayır. O baxışlar susur, amma bir millətin qürurunu, bir ananın fədakarlığını və Vətən sevgisini danışır. Bu gün o, təkcə Poladın anası deyil, bütün şəhid analarının ucalığını, ləyaqətini, qürurunu və müqəddəsliyini öz simasında yaşadan bir Anadır. Çünki qəhrəman oğullar yetişdirən analar da xalqın yaddaşında əbədi yaşayırlar.

Səmayə ana artıq bir ad deyil. Bir ucalıqdır! Bir məktəbdir! Bir qürurdur! Vətənə Poladlar bəxş edən müqəddəs Azərbaycan Anasının əbədi simvoludur!

Cəlal QURBANOV


Sizin reklam burada
Sizin reklam burada