Əməkdar artist tıxaclara görə EVİNİ SATIR

Əməkdar artist tıxaclara görə EVİNİ SATIR
09:07

Respublikanın Əməkdar artisti Sevinc Sarıyeva paytaxtdakı tıxaclardan şikayətlənib.

News365.az xəbər verir ki, sənətkar bu barədə "Xəzər axşamı" proqramında danışıb.

Verilişə gecikən Əməkdar artist buna tıxacın səbəb olduğunu deyib.

"Yollarda tıxacdır. Saat 5-dən Bayraq Meydanının yanından addım-addım gəlirəm. Ona görə də Bayıldakı evimi satıb çıxacağam ki, harasa gedəndə rahat çata bilim", - deyə Sevinc Sarıyeva vurğulayıb.



Sizin reklam burada
Sizin reklam burada