Xanlar Vəliyev hakim təyin edildi

Xanlar Vəliyev hakim təyin edildi
11 Apr 2025 12:10

Milli Məclis Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunmasını təsdiqləyib.

News365.az xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında müzakirə aparılıb.

Bildirilib ki, Prezident İlham Əliyevin təqdimatı əsasında Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi təklif olunur.

Sənəd səsverməyə qoyularaq, bir oxunuşda qəbul edilib.

Xatırladaq ki, Xanlar Vəliyev bundan öncə hərbi prokuror kimi fəaliyyət göstərirdi. Onun səlahiyyət müddəti başa çatıb.


Sizin reklam burada
Sizin reklam burada