Xankəndidə üzərində süngü-bıçaq gəzdirən şəxs cəzalandırıldı

Xankəndidə üzərində süngü-bıçaq gəzdirən şəxs  cəzalandırıldı
26 İyn 2024 17:26

Xankəndi şəhərində üzərində süngü-bıçaq gəzdirən şəxs saxlanılıb. 

News365.az-ın məlumatına görə, buna görə 14 avqust 1984-cü ildə Tərtər rayonunun Rəcəbli kəndində doğulmuş Asif Mehdiyev (şərti) saxlanılıb.

Belə ki, o, "Bakı Abadlıq Xidməti"ndən fəhlə kimi işləmək üçün Xocalı rayonunun Malıbəyli kənddinə ezam olunub. Həmin şəxs axşam saatlarında iş yoldaşı ilə Xankəndi şəhərinə gəzməyə gedib. O, şəhər ərazisində olan zaman yerdə "Kalaşnikov" konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik süngü-bıçaq görüb. Təqsirləndirilən şəxs həmin bıçağı cibinə qoyaraq, üzərində gəzdirib. Bundan təxminən bir neçə saat sonra Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 1 il 11 ay 26 gün müddət islah işləri cəzası təyin edilib. 


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər