Rus əsgərlər arasında vəba və tif xəstəliyi geniş yayılıb -“Bild“

Rus əsgərlər arasında vəba və tif xəstəliyi geniş yayılıb  -“Bild“
29 İyn 2024 14:09

Rusiyanın Ukraynadakı hərbi qüvvələri arasında tif və vəba kimi təhlükəli xəstəliklər geniş yayılıb.

News365.az xəbər verir ki, bu barədə məşhur "Bild" nəşri məlumat yayıb. Sayt ekspert Yulian Röpkeyə istinad edib. Qeyd edilir ki, sosial şəbəkələrin Rusiya seqmentində tif və vəba xəstəliyinin yayılmasından yazmağa başlayıblar. Məsələn, “Dva Mayor” kanalı yazır ki, Xerson vilayətində bu xəstəliklər artıq ölümcül nəticələr verir və xəstələrin sayı durmadan artır.

Digər rus hərbi reportyor isə “iyunun 15-dən bəri tif qızdırma və vəba hallarının artdığını” qeyd edib. Keçən cümə axşamı sosial şəbəkələrdə yayılan məşhur videoda rus əsgəri bildirib ki, yoldaşları susuz olduqları üçün təslim olurlar.

Hər iki xəstəlik antisanitariya səbəbindən və içməli suyun olmamasından yayılır. Hətta rusların nəinki içməli su çatışmazlığı, anomal istilər səbəbindən də təslim olmağa məcbur qalmaları bildirilir.

Tural

News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər