Azərbaycanda qəribə olay: Oğru sahibkarı ələ verdi - FOTOLAR

Azərbaycanda qəribə olay: Oğru sahibkarı ələ verdi -  FOTOLAR
29 İyn 2024 13:35

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində müxtəlif vaxtlarda paytaxtın Sabunçu, Yasamal və Qaradağ rayonlarında oğurluqlar etdiyi üçün axtarışda olan əvvəllər məhkum olunmuş Nəriman Vəliyev saxlanılıb.

News365.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, onun üzərindən "Makarov" tapançası, patron darağı və 15 ədəd patron aşkarlanıb. Dindirmə zamanı N.Vəliyev qanunsuz olaraq üzərində daşıdığı odlu silah-sursatı Qaradağ rayonu Ələt qəsəbəsində yerləşən fermadan oğurladığını bildirib.

Davam etdirilən tədbirlərlə həmin fermanın sahibi Azər Hacıyev də saxlanılıb. Ondan əlavə olaraq müvafiq sənədləri olmayan ov tüfəngi və 30 ədəd patron aşkar edilib. A.Hacıyev odlu silah-sursatı bir müddət əvvəl tapdığını, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı Suraxanı RPİ-nin 32-ci Polis Bölməsində araşdırmalar davam etdirilir.

Azərbaycanda qəribə olay: Oğru sahibkarı ələ verdi (FOTO)

  • Azərbaycanda qəribə olay: Oğru sahibkarı ələ verdi (FOTO)
  •  

Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər