İsrailin İrana hücumlarında İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei və Prezident Məsud Pezeşkian hədəf alnıb.
News365.az xəbər verir ki, bu barədə İsrail rəsmisi “The Times of Israel”ə danışıb.
Bildirilib ki, İranın ali hərbi və siyasi rəhbərliyi hücumların hədəfində olub. Lakin hələlik hücumların nəticələri bilinmir.
İranın “Mehr” agentliyi öz mənbələrinə istinadən Məsud Pezeşkianın zərbələr nəticəsində xəsarət almadığını açıqlayıb. Eyni zamanda, Əli Xameneinin İsrail-ABŞ birgə hücumundan dərhal sonra Tehrandan çıxarılaraq təhlükəsiz yerə aparıldığı qeyd edilib.