Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və
Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük.
News365.az xəbər verir ki, bu barədə Prezident
İlham Əliyev Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin
açılış mərasimindəki çıxışında bildirib.
“O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan
olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük
Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər”, - deyən dövlət başçısı
vurğulayıb ki, əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda
yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün
Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana
qayıdış dövründə də görəcəyik.