Oktyabrın 1-dən 2024-2025-ci tədris ili üzrə məktəbəhazırlıq
qruplarında məşğələlər başlayıb.
News365.az xəbər verir ki, bu barədə Məktəbəqədər
və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, iyulun 11-dən bu günə qədər ümumilikdə
93000-dən çox uşaq elektron sistem vasitəsi ilə məktəbəhazırlıq qruplarına qəbul
edilib.
Qeyd edilib ki, məktəbəhazırlıq uşaqlarda oxumaq həvəsini,
onların məktəbə müsbət emosional münasibətinin formalaşdırılmasını, məktəbə müvəffəqiyyətlə
adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin
formalaşdırılmasını və birinci sinfə adaptasiyasını təmin edir.
Uşaqların məktəbəhazırlıq qruplarına ən azı 1 il getməsi məhz
bu məqsədə çatmaq üçün zəruri addımlardan biridir.