Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin Sudanın paytaxtı
Xartumdakı səfirinin iqamətgahına hücumu qətiyyətlə pisləyir.
News365.az xəbər verir ki, bu barədə Azərbayan
Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, diplomatik binalara hücum Diplomatik Münasibətlər
haqqında Vyana Konvensiyasının açıq şəkildə pozulmasıdır və bu, qəbuledilməzdir:
"Beynəlxalq hüquqa əsaslanan diplomatik binaların toxunulmazlığının təmin
edilməsi son dərəcə vacibdir".