Ucarda yanacaqdaşıyan yük avtomobili, 40 ton yanacaq və vətəndaşa
məxsus yardımçı tikili yanıb.
Bu barədə News365.az-a Fövqəladə Hallar
Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar
telefon xəttinə Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu, Müsüslü kəndi
ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində
yanğın baş verməsi barədə məlumat daxil olub:
"Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə
Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən
yanğının qəza nəticəsində yol kənarına aşmış yanacaqla dolu yanacaqdaşıyan
avtomobilin çənində baş verdiyi və yaxınlıqdakı tikiliyə keçdiyi, habelə genişlənmə
riskinin yüksək olduğu müəyyən edilib. Yanğınsöndürənlərin müdaxiləsi sayəsində
yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Yanğın nəticəsində
yanacaqdaşıyan yük avtomobilinin yanar konstruksiyaları və 40 ton yanacaq, vətəndaşa
məxsus yardımçı tikili yanıb. Yanğının digər tikililərə keçməsinin qarşısı
alınıb. Hadisə yerində avtomobilin sürücüsünün meyiti aşkar edilib. Aidiyyəti
qurumlar tərəfindən araşdırma aparılır.
***
Fövqəladə Hallar
Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Qazax magistral avtomobil
yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş
yanacaqdaşıyan yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
News365.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti
məlumat yayıb.
Hadisə ilə əlaqədar dərhal
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin
çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam
söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Ucarda yanacaq
daşıyan maşın aşıb.
News365.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunda qeydə
alınıb.
Bakı istiqamətində hərəkətdə
olan yanacaq daşıyan maşın idarəetməni itirərək aşıb.
Hadisə nəticəsində
partlayış olduğu bildirilir.