"Paşinyan sülhə hazır görüntüsü yaratmaqla prosesi uzatmağa çalışır" - Politoloqdan AÇIQLAMA

"Paşinyan sülhə hazır görüntüsü yaratmaqla prosesi uzatmağa çalışır" - Politoloqdan AÇIQLAMA
30 Sen 2024 09:31

"Ermənistanın baş naziri Paşinyan artıq neçənci dəfədir ki, Azərbaycanla sülh sazişinin imzalanmasına hazır olduğunu, bunun üçün real şərtlərin mövcud olduğunu, bir sıra istiqamətdə razılaşmaların əldə edildiyini bəyan edibdir. Amma çox təəssüf ki, Ermənistanla Azərbaycan arasında  sülh sazişinin təməl prinsiplərini təşkil edən məsələlər üzərində razılıqla bağlı hər hansı bir açıqlama verməyibdir."


Politoloq Anar Əliyev bunu News365.az-a açıqlamasında deyib.

"Ermənistanla Azərbaycan arasında qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması, ərazi bütövlüyünə hörmət edilməsi, qarşılıqlı şəkildə ərazi iddialarından çəkinmə və rəsmi qanunvericilik aktlarında qonşu dövlətlərində hər hansı bir iddianın aradan qaldırılması ilə bağlı atılmalı olan addımların, əldə olunmuş razılaşmalar haqda heç bir məlumat verməyibdir. Çünki Ermənistan baş naziri kifayət qədər manipulyadiyalara görüntü xarakterli  bəyanatlar və açıqlamalar verməyə meyilli olan siyasətçi Paşinyan əslində sülh sazişinin mahiyyətini təşkil edəcək prinsiplər üzərində razılaşmanın mövcud olmadığını və bu razılaşmanın əldə olunmasına Ermənistanın desturuktiv davranışlarına səbəb olduğunu bəyan etmir.

Paşinyan açıq şəkildə beynəlxalq ictimai rəyi manipulyasiya edərək, guya Ermənistanın sülhə hazır olduğunu və istənilən an bu vaxta COP29 ərəfəsində bu razılaşmanı imzalamağa hazır olduğunu bəyan edir. Amma Paşinyan sülh razılaşmasının mühüm şərtlərindən biri  olan Ermənistanın qanunvericilik aktlarında və konstitusiyasında sülh imzalamağa hazır  olduğunu bəyan etdiyi Azərbaycana qarşı ərazi iddialarını necə aradan qaldıracağı, bu istiqamətdə dəyişikliklərin nə zaman və hansı formada həyata keçiriləcəyi ilə bağlı bir kəlmə belə danışmır.

Politoloq Ermənistan baş naziri Paşinyanın absurt fikirlər səsləndirdiyini bildirir:

"Avqust ayının 30-u keçirdiyi mətbuat konfransında Ermənistanın deyil, Azərbaycanın rəsmi sənədlərində onlara qarşı ərazi iddialarının mövcudluğu ilə bağlı absurt fikirlər səsləndiribdir. Bununla yenə də manipulyasiya etdiyini nümayiş etdirir, yenə də ciddi siyasətçi olmadığını və Ermənistanın Azərbaycanla ciddi şəkildə sülh imzalamağa hazır olmadığını nümayiş etdirir. Bu mənada Ermənistan baş nazirinin COP29 tədbirinə qədər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması realdır və bu sənəd imzalana bilər fikirləri ciddiyyətdən, reallıqdan tamamilə uzaqdır. Ermənistan tərəfi konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmadan, bir sıra ciddi istiqamətlərdə Ermənistanın atacağı addımlarla bağlı real mövqe ortaya qoymadan, xüsusilə nəqliyyat və kommunikasiya xəttlərinin açılması istiqamətində Ermənistan tərəfindən 10 Noyabr bəyanatı da daxil olmaqla üzərinə götürdüyü öhdəliklər istiqamətində addımlar atmadan Ermənistanla sülh müqaviləsinin imzalanması real deyil.  

5 təməl prinsipi reallaşdırılmalıdır:

"Bunlar hamısı Ermənistan tərəfinin növbəti provakasiyaları, növbəti manipulyativ davranışlarıdır və heç bir halda reallığı əks etdirmir. Sülh danışıqları Azərbaycan prezidenti Cənab İlham Əliyevin də dəfələrlə bəyan etdiyi kimi 5 təməl prinsipi əsasında reallaşdırılmalıdır. Bu 5 təməl prinsipinin ən başlıca şərtlərindən biri qarşılıqlı şəkildə ərazi iddiaları ilə bağlı fikirlərin aradan qaldırılması və tərəflərin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlıdır. Azərbaycan bu öhdəliklərin yerinə yetirilməsi istiqamətində kifayət qədər ciddi işlər həyata keçiribdir. Ermənistan tərəfindən hələ ki, bu istiqamətdə addımlar görülmür. Azərbaycan heç bir qanunvericilik aktında eləcə də konstitusiyasında heç bir dövlətə qarşı hər hansı bir ərazi iddiaları irəli sürmüyüb, hətta Qərbi Zəngəzurla bağlı fikirlərimizi Ermənistan tərəfi dəfələrlə dünya ictimaiyyətinə Azərbaycanın Ermənistana qarşı ərazi iddiası kimi təqdim etməyə çalışdılar. Burda da hər hansı bir real nəticə əldə edə bilmədilər. Çünki əslində Qərbi Azərbaycan və Qərbi Zəngəzurla bağlı fikirlər səsləndirərkən, ərazi iddiaları deyil, oradan qovulmuş insanlarımızın geri qayıdış hüquqlarının ləyaqətli və təhlükəsiz yaşayış hüquqlarının bərpası ilə bağlı, tarixi dədə-baba torpaqlarımızla bağlı fikirlərimizi səsləndiririk və bu ərazi iddiaları kimi  qəbul edilməməlidir. Eyni zamanda nəqliyyat kommunikasiya xəttlərinin açılması ilə bağlı bu günə qədər üzərimizə götürdüyümüz öhdəliklər istiqamətində bütün real addımları atmışıq, amma Ermənistan tərəfi bu istiqamətlərdən heç biri addım atmır. Ermənistan çox yaxşı anlayır ki, havadarlarının verdiyi sifarişlərindən kənar ciddi addımların atması o qədər də uyğun deyil və Paşinyan buna hazır deyil. Ona görə də məhz Qərb havadarlarının dəstəyi  ilə guya sülhə hazır olduğu görüntüsü yaratmaqla bu prosesi yenə də uzatmağa çalışır, vaxt qazanmağa çalışır”. - deyə fikirlərini bildirib.


Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər