"Ermənistan Rusiya üçün "nəfəslik" rolu oynayır" - Turan Rzayev

"Ermənistan Rusiya üçün "nəfəslik" rolu oynayır" - Turan Rzayev
01 Okt 2024 15:11

“Ermənistan Rusiya üçün Qərbin sanksiyalarından yayınması baxımından “nəfəslik” rolunu oynayır”.

Politoloq Turan Rzayev bunu News365.az- açıqlamasında deyib.

“Mümkündür ki, səfərlər zamanı yeni iqtisadi münasibətlər əldə ediləcək və digər iqtisadi sazişlər imzalanacaq. Xüsusilədə bu gün Ermənistan Rusiya üçün həm də Qərbin sanksiyalarını yayınması baxımından “nəfəslik” rolu oynayır. Yəni Ermənistan vasitəsilə Rusiya sanksiyaları yarır və Qərblə ticarətini dolayı yolla da olsa apara bilir. Bununla da əldə etdiyi gəlirləri müharibəyə yönəldə bilir. Ermənistan əslində Qərbin inteqrasiya etdiyini desə də sanksiya siyasətinin birbaşa ziddinə gedir və bu məsələ də Rusiya ilə əməkdaşlıq edir”-deyə fikirlərini bizimlə bölüşüb.

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər