Qondarma rejimin məhkəməsi İsrailli muzdluya 10 il iş kəsdi

Qondarma rejimin məhkəməsi İsrailli muzdluya 10 il iş kəsdi
01 Okt 2024 16:51

Qondarma "Donetsk Xalq Respublikası"nın (DXR) Ali Məhkəməsi Ukrayna Silahlı Qüvvələrinin İsraildən olan muzdlu əsgəri Denis Desyatkini qiyabi olaraq 10 il müddətinə ciddi rejimli koloniyaya məhkum edib.

Bu barədə Rusiya mediası məhkəmənin qərarına istinadən məlumat yayıb.

“Donetsk Xalq Respublikasının Ali Məhkəməsi İsrail dövlətinin 47 yaşlı vətəndaşı Denis Desyatnik haqqında cinayət işi üzrə qiyabi hökm çıxarıb. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 359-cu maddəsinin 3-cü bəndi üzrə təqsirli bilinib. (Muzdlu kimi silahlı münaqişədə iştirak), - məlumatda qeyd edilib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər