İran prezidenti sabah Qətərə gedir

İran prezidenti  sabah Qətərə gedir
01 Okt 2024 17:40

İran prezidenti Məsud Pezeşkian Asiya Əməkdaşlıq Dialoq Sammitində iştirak etmək üçün sabah Qətərə gedəcək.

News365.az İran KİV-nə istinadən xəbər verir ki, Məsud Pezeşkian yüksək səviyyəli nümayəndə heyətinə başçılıq edərək iki günlük Qətər səfərində olacaq.

Prezident Pezeşkian Dohaya səfəri zamanı Qətər rəsmiləri ilə də görüşəcək.

Asiya Dialoq Forumu Xarici İşlər Nazirləri Toplantısına ötən ilin iyununda Tehran ev sahibliyi edib.

Asiya Əməkdaşlıq Dialoq Forumu iqtisadi və mədəni sahələrdə müxtəlif əməkdaşlıq layihə və proqramlarının həyata keçirilməsi məqsədi ilə 20 ildən artıqdır ki, Asiyadaxili dialoqu təşviq edən 35 Asiya ölkəsindən ibarətdir.

 


Youtube kanalımız

Oxşar xəbərlər